"Neftçi" "Bney Yehuda"ya qarşı

"Neftçi" "Bney Yehuda"ya qarşı
10:17 15 Avqust 2019
82 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Roberto Bordinin komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşacaq. Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ölkəmizdəki görüşdə bərabərlik qeydə alınıb - 2:2. "Neftçi" səfərdə sərfəli nəticə ilə növbəti mərhələyə yüksəlməyə çalışacaq.

Qeyd edək ki, "Neftçi" "Bney Yehuda"  səddini keçəcəyi halda, pley-off-da "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda İsveç təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

16 avqust

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi"
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua 
İlk oyun - 2:2

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR