"Liverpul" "Çelsi"yə belə qalib gəldi - VİDEO - FOTO

"Liverpul" "Çelsi"yə belə qalib gəldi - VİDEO - FOTO
10:42 15 Avqust 2019
83 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Super Kubokunun sahibi müəyyənləşib.

Milli.Az xəbər verir ki, İstanbulda keçirilən oyunda iki ingilis nəhəngi üz-üzə gəlib. Ötən mövsüm Çempionlar Liqasının qalibi olan "Liverpul" Bakıda keçirilən Avropa Liqasının finalında sevinən "Çelsi" ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda hər iki tərəf bir qol vurub və qalibin adı penaltilər seriyasında məlum olub.

Burada daha dəqiq oynayan "Liverpul" qalib olub. "Qırmızılar" tarixində 3-cü dəfə UEFA Super Kubokuna yiyələnib.

"Liverpul" - "Çelsi" - 2:2 (pen. 5:4)

Qollar: Sadio Mane, 48, 95 - Olivye Jiru, 36, Joejinyo, 101 (pen.)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR