Kolleclərə ixtisas seçimi başladı

Kolleclərə ixtisas seçimi başladı
10:48 15 Avqust 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olmaq üçün ixtisas seçimi başlanıb.

Publika.az xəbər verir ki, abituriyentlər “dim.gov.az” saytına daxil olmaqla ixtisas seçimi edə bilərlər. İxtisas seçimi avqustun 19-dək davam edəcək.

Xatırladaq ki, 11 illik təhsil bazasında kolleclərin ixtisas seçiminə ümumi balı 50‑dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/287510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR