Şiddətli yağışlar davam edir - Ölənlərin sayı 282 oldu...

Hindistanda şiddətli yağışların səbəb olduğu sel və torpaq sürüşmələri davam edir.

Metbuat.az Türkiyə mətbuatına istinadən bildirir ki, Hindistan mediasının verdiyi məlumata görə, təbii fəlakətlər nəticəsində ümumilikdə 282 nəfər həlak olub. Ölü sayının 102-yə çatdığı Kerala əyalətində 29 nəfərin itkin düşdüyü, Karnatka əyalətində isə 61 nəfərin öldüyü bildirilib.

Kerala əyalətində bugünə qədər 90-a yaxın torpaq sürüşməsinin meydana gəldiyi, şiddətli yağışların əyalətdə 2 gün daha davam edəcəyi deyilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR