“Barselona”dan Neymar üçün yeni təklif

“Barselona”dan Neymar üçün yeni təklif
11:22 15 Avqust 2019
31 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" Neymar üçün PSJ-yə yeni təklif göndərib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə "Le10sport" portalı məlumat yayıb. Kataloniya klubu 27 yaşlı braziliyalı hücumçu üçün PSJ-yə Flip Koutinyo, İvan Rakitiç və 40 milyon avro təklif edib.

PSJ isə bir müddət əvvəl Neymarın qarşılığında "Barselona"dan Nelson Semedu, Flip Koutinyo və 50 milyon avro istəmişdi. Amma kataloniyalılar Semedunu verməkdən imtina edib və Rakitiçi göndərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Neymar iki il əvvəl "Barselona"dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR