Telejurnalist iki övladını itirdi - FOTO

Telejurnalist iki övladını itirdi - FOTO
11:27 15 Avqust 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Telejurnalist Elyar Sadıqovun yeni doğulmuş körpələri vəfat edib.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, 12 avqustdan 13 avqusta keçən gecədə Respublika Perinatal Mərkəzində dünyaya gələn üçəmlərdən ikisinin ömrü yarım gün sürüb.

İlk dəfə ata olmağın sevincini yaşayan və saatlar sonra iki övladını itirən Elyar kədərini belə ifadə edib:

"Həyat o qədər acımasız, o qədər qəddardır ki, bəzən nifrətim həyata olan sevgimi üstələyir! Axı niyə sınaqlar bitmir?! Valideyin sınağına çəkdin, dözdüm! Dözməliydim! Ayaqda durmaq üçün! Övlad sınağı çox olmadımı?! Deyirlər hər işdə bir xeyir var. Bəs mənim xeyrim nədir?! Amma bu sınaqdan da keçəcəm! Artıq ürəyim daşlaşıb! Hər cür sınaqlar, çətinliklər gördüm! Amma yenə yıxılmayacam! Ayaqda dik duracam! Sınaqlarındır məni gücləndirən! Sınmayacam! Buna əmin ol! Çünki sən, yeri-göyü yaradansan!"

Qeyd edək ki, vaxtilə ANS, Muz TV, Xəzər TV və ATV kanallarında çalışan Elyar Sadıqov hazırda ARB-də "Show News" proqramının müxbiridir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/778294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR