Ali məktəblərə qəbul ola bilməyənlər üçün daha bir şans

Ali məktəblərə qəbul ola bilməyənlər üçün daha bir şans
11:32 15 Avqust 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci nömrəsində dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci nömrəsində dərc olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/778275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR