İnsan boyunda pinqvin tapıldı, 80 kq, 160 sm... - Alimlər şokda

18 ay öncə Kraysçörç şəhərindəki Vaipara nəhrində tapılan sümükləri araşdıran arxeoloqlar bu sümüklərin 60 milyon il əvvəl yaşamış nəhəng pinqvinə aid olduğunu bildiriblər.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, boyları 160 santimetrə, çəkiləri 80 kiloqrama çatan nəsli kəsilmiş pinqvin növünün okeanlarda üzdüyünü deyən alimlər, bunların dinozavrların məhv olmasından sonra meydana gələn növlərdən biri olduğunu qeyd ediblər.

Araştırma heyətindən Paul Skofield nəhəng pinqvin növünün 2000-ci ildə Antraktidada tapılan başqa bir pinqvinə bənzəməsi və 65 milyon il əvvəl başlayıb 23 milyon il əvvəl sona çatan Paleozen Dövründə 2 qitə arasındakı bağlantının başa düşülməsinə kömək edəcəyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR