Azərbaycan ötən il Gürcüstana 246 milyon dollar investisiya qoyub

Azərbaycan ötən il Gürcüstana 246 milyon dollar investisiya qoyub
11:37 15 Avqust 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 246,4 milyon ABŞ dolları məbləğində investisiya qoyub. 
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin dəqiqləşdirilmiş hesabatında bildirilir.
Sənəddə deyilir ki, ötən il də Azərbaycan Gürcüstanın əsas investoru olub və qonşu ölkəyə yatırılan birbaşa xarici investisiyalarda payımız 19,5% təşkil edib.
Gürcüstana ən çox investisiya qoyan II ölkə Niderland (208,4 milyon dollar), III ölkə isə Böyük Britaniya (178,8 milyon dollar) olub. 
Qeyd edək ki, 2018-ci ildə Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi məbləği 1 265,2 milyon dollar təşkil edib ki. Bu, 2017-ci illə müqayisədə 35,5% azdır. 


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-oten-il-gurcustana-246-milyon-dollar-investisiya-yatirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR