Tanınmış telejurnalist bir gecədə iki övladını itirdi - FOTO

Tanınmış telejurnalist bir gecədə iki övladını itirdi - FOTO
11:38 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Telejurnalist Elyar Sadıqovun yeni doğulmuş üçəmlərindən ikisi vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə telejurnalist sosial şəbəkədə məlumat verib.

Avqustun 12-dən 13-ə keçən gecə Respublika Perinatal Mərkəzində dünyaya gələn üçəmlərdən ikisini itirən telejurnalist ilk dəfə ata olmağın sevincini və kədərini belə ifadə edib:

"Həyat o qədər acımasız, o qədər qəddardır ki, bəzən nifrətim həyata olan sevgimi üstələyir! Axı niyə sınaqlar bitmir?! Valideyin sınağına çəkdin, dözdüm! Dözməliydim! Ayaqda durmaq üçün! Övlad sınağı çox olmadımı?! Deyirlər hər işdə bir xeyir var. Bəs mənim xeyrim nədir?! Amma bu sınaqdan da keçəcəm! Artıq ürəyim daşlaşıb! Hər cür sınaqlar, çətinliklər gördüm! Amma yenə yıxılmayacam! Ayaqda dik duracam! Sınaqlarındır məni gücləndirən! Sınmayacam! Buna əmin ol! Çünki sən, yeri-göyü yaradansan!"



Qeyd edək ki, Elyar Sadıqov hazırda ARB-də "Show News" proqramının müxbiridir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/287523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR