Trampdan Çin prezidentinə çağırış - "Honq-Konqla insani bir şəkildə..."

ABŞ prezidenti Donald Tramp Honq-Konqda davam edən hadisələrlə bağlı Çin prezidenti Şi Çinpinə çağırış edib.

Metbuat.az xəbər verir ki, Tramp özünün "Tvitter" hesabından bunları qeyd edib: "Çin əlbəttə ki, anlaşmaq istəyir, ancaq əvvəlcə Honq-Konq ilə insani bir şəkildə maraqlansınlar".

Donald tramp Çin prezidenti Şini çox yaxşı tanıdığını vurğulayaraq bildirib:

"Özü xalqı tərəfindən çox hörmət edilən böyük bir liderdir. Heç bir şübhəm yoxdur ki, Şi Honq-Koq problemini surətli və insani bir şəkildə həll etmək istəsə bunu edə bilər. (Bu mövzuda) Bir görüş keçirəkmi?".

Qeyd edək ki, Çinin Honq-Konqda həbsdə olan və ya haqlarında cinayət iddiaları olan şəxslərin Çinə, Makao Özəl İdarə Bölgəsinə və Tayvana köçürülməsini asanlaşdıran qanunu və buna qarşı keçirilən protestolar dünya gündəminə damğa vurmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR