Bakıda özünü bank işçisi kimi tanıdan şəxsin ŞOK FIRILDAĞI

Bakıda özünü bank işçisi kimi tanıdan şəxsin ŞOK FIRILDAĞI
12:53 15 Avqust 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda vətəndaşların bank hesablarındakı pulu mənimsəyən şəxs tutulub.

Publika.az xəbər verir ki, avqustun 14-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən bankomatların birinin qarşısında özünü bankın əməkdaşı kimi təqdim edən şəxs vətəndaşların kartlarını digər kartla dəyişdirərək pullarını mənimsəyib. Cinayətdə şübhəli bilinən Bakı şəhər sakini F.Nuriyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, sonrakı araşdırmaların aparılması üçün 13-cü PB-yə təhvil verilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/287530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR