Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb
12:57 15 Avqust 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. 
Proses sentyabrın 25-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar. 


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mektebehazirliq-qruplarina-sened-qebulunun-vaxti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR