Nigar eşqini etiraf etdi: "Hər zaman səninəm" - VİDEO

Nigar eşqini etiraf etdi: "Hər zaman səninəm" - VİDEO
13:05 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

"Eurovision 2011" qalibi Nigar Camal ilk dəfə sevgilisi ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bodrumda istirahətdə olan sənətçi video paylaşaraq, sevgilisinə təşəkkür edib.

O, çəkdiyi videoda bu sözləri yazıb:

"Bir gün səbəbsizcə üzümdə təbəssüm yarandı. Bu onu düşündüyüm üçün oldu. Mənə etdiklərinə və hisslərinə görə çox sağ ol, sevgilim. Məni dünyanın ən gözəl qadını etdin. Harada olmağımın fərqi yoxdur, mən hər zaman səninəm. Çox sağ ol ki, hər dəfə fırtınadan sonra göy qurşağım oldun".

Qeyd edək ki, Nigar Camal bir dəfə ailəli olub. Onun bu izdivacdan iki övladı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/778300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR