Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub

Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub
13:12 15 Avqust 2019
75 Dünya
Ölkə mətbuatı
A- A+

"Ural hava yolları"na məxsus "Airbus A321" sərnişin təyyarəsi "Jukovski" hava limanında qəza enişi edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarə "Jukovski" aeroportundan havaya qalxdıqdan sonra quş dəstəsi ilə toqquşub və mühərriklərin hər ikisi sıradan çıxıb.

Məlumata əsasən, təyyarə uçuş-eniş zolağından 1 kilometr aralıda eniş edib.

Təyyarənin göyərtəsində 7 heyət üzvü və 227 sərnişin olub. Onlar xəsarət almayıb və təxliyə ediliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR