Qarabağ erməniləri Nikol Paşinyanın Xankəndindəki çağırışlarını tənqid edib

Qarabağ erməniləri Nikol Paşinyanın Xankəndindəki çağırışlarını tənqid edib
13:27 15 Avqust 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Nikol Paşinyan sələfi Serj Sarqsyanın səhvlərini təkrar etməməli və bütün qarabağlıların adından danışmamalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Qarabağ ermənisi Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının bəyanatında bildirilib.
Sənəd Tbilisidə təsis olunan “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatının təqdimat tədbirində oxunub.
Bəyanatda qeyd olunub ki, 30 ildən sonra Xankəndində meydanda keçirilən mitinqdə yenidən “miatsum” çağırışı səslənib və bu da yolverilməzdir və Qarabağ münaqişəsində yeni gərginliyin yaranmasına aparır: “Miatsum” qışqırmaq deyil, Dağlıq Qarabağda dürüst və şəffaf seçkilər keçirmək lazımdır. Bu seçkilərdə hərəkatımızın fəalları və xaricdə yaşayan bütün Qarabağ erməniləri iştirak edə bilərlər. Biz Qarabağ azərbaycanlıları ilə birgə münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməliyik”.
Sənədi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının fəalları imzalayıblar.


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/qarabag-ermenileri-pasinyanin-xankendindeki-cagirislarini-tenqid-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR