Kloppdan qadın hakimlərin idarəçiliyinə yüksək qiymət

Kloppdan qadın hakimlərin idarəçiliyinə yüksək qiymət
13:57 15 Avqust 2019
75 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Çelsi" ilə keçirilən UEFA Superkubokunda qadın hakimlərin idarəçiliyindəın danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis görüşdən sonra UEFA-nın saytına açıqlamasında referilərin matçı mükəmməl idarə etdiklərini bildirib:

"Oyundan sonra hakimlərə dedim ki, biz onların idarəçilyi kimi yaxşı oynasaydıq, 6:0 qalib gələrdik. Onlar tapşırığın öhdəsindən əla gəldilər. Bu, tarixi bir məqamdır. Yəqin ki, böyük məsuliyyətin çətinliyini yaşadılar, ancaq sakit oldular və nə etməliydilərsə, onu da etdilər. Matçın baş hakimi  Stefani Frappara hörmətim böyükdür".

Xatırladaq ki, tarixdə ilk dəfə olaraq UEFA yarışlarında kişilərdən ibarət turnirin oyununu qadın hakim idarə edib. Matçı "Liverpul" penaltilər seriyası ilə (5:4) qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR