Emil Balayev Qazaxıstanda yenə ən yaxşı seçildi - FOTO

Emil Balayev Qazaxıstanda yenə ən yaxşı seçildi - FOTO
14:05 15 Avqust 2019
55 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 22-ci turu çərçivəsində keçirilmiş "İrtış"la matçda (2:0) "Tobol"un ən yaxşı oyunçusu seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil "İrtış"la görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev 28 dəqiq ötürmə verib, 7 dəfə də komandasını real qoldan xilas edib.

Emil Balayev ötən turda da "Tobol"un heyətində ən yaxşı oyunçu seçilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR