Ermənistanda hökumət binası qarşısında mitinq keçirilir

Ermənistanda hökumət binası qarşısında mitinq keçirilir
14:07 15 Avqust 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

İrəvanda Ermənistan hökuməti binası qarşısında “Ermənistan Ekoloji Cəbhəsi” adlı təşkilatın üzvləri mitinq keçirirlər.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları Cermux yaxınlığındakı Əmulsar (Əmulsarı) qızıl mədəninin fəaliyyətini dayandırılmağı tələb edirlər.
Ötən gün həmin mədənin istismarı ilə bağlı məlumatların qəsdən gizlədilməsi ilə bağlı yaradılan istintaq qrupunun rəhbəri Yuriy İvanyan jurnalistlərlə görüşü zamanı mədənin Cermux mineral sularına və ümumiyyətlə, ətraf mühitə hər hansı zərərli təsirinin aşkar olunmadığını bildirmişdi.
Mitinq iştirakçıları isə ekspertizanın ötəri təşkil olunduğunu, mədənin fəaliyyəti nəticəsində Cermux sakinləri və ətraf mühit üçün fəlakətə səbəb olacaq hadisələrin baş verəcəyini düşünürlər.
Qeyd edək ki, Ermənistanın ikinci böyük qızıl yatağı olan Əmulsar mədənini Böyük Britaniyanın “Lydian İnternational” şirkəti istismar edir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-hokumet-binasi-qarsisinda-mitinq-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR