Qızıl da bahalaşdı - AZƏRBAYCANDA

Qızıl da bahalaşdı - AZƏRBAYCANDA
11:34 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Vergi Məcəlləsindəki dəyişikliklər qızılın qiymətinə təsirsiz ötüşmədi

Azərbaycanda qızıl məmulatları bahalaşıb. Lent.az-ın məlumatına görə, paytaxtın böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində xeyli artım müşahidə edilir. Artım təxminən 23-30 faiz təşkil edir.

Satıcılar qiymətin artmasına səbəb kimi, Vergi Məcəlləsində edilmiş son dəyişiklikləri əsas gətirirlər.

Qeyd edək ki, iqtisadçılar da qızılın bahalaşmasını qaçılmaz hesab edir. Buna əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılmasıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR