Rusiyada neftin ixrac rüsumu azalacaq

Rusiyada neftin ixrac rüsumu azalacaq
14:22 15 Avqust 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Maliyyə Nazirliyi bir ton neftin ixrac rüsumunu sentyabrın 1-dən 3,4 dollar azalaraq 90,7 ABŞ dolları təşkil edəcəyini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu il iyulun 15-dən etibarən “Urals” markalı neftin bir bareli 61,44 dollara, bir tonu isə 448,5 dollara satılıb. Buna əsasən qatılığı yüksək neftin rüsumu 9,4 dollardan 9 dollaradək azalacaq.
Həmçinin açıq neft məhsulları və yağların rüsumu bir tona görə 27,2, tünd məhsulların isə 90,7 dollaradək ucuzlaşacaq. Əmtəə benzininin ixrac rüsumu 27,2 dollara, naftanın qiyməti 51,7 dollardan 49,8 dollara, koksun isə 6,1 dollardan 5,8 dollara düşəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiyada-neftin-ixrac-rusumu-azalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR