DİN vətəndaşları qəbul edəcək - DİQQƏT

Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov tərəfindən 2019-cu il avqust ayının 24-də Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərinin Bərdə Rayon Polis Şöbəsində qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.

Metbuat.az xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR