"ABŞ İran tankeri üçün məhkəməyə baş vurub"

ABŞ Müdafiə Nazirliyi Cəbəlüttariq hökümətinin Suriyaya neft daşıdığı səbəbi ilə saxladığı "Grace1" adlı İran tankerini almaq üçün məhkəməyə baş vurub.

Metbuat.az xəbər verir ki, bu barədə "The Guardian"da məlumat verilib. Verilən informasiyaya görə, məhkəmənin hakimi Antoni Dadli tankeri bu gün sərbəst buraxacaqlarını, ancaq, ABŞ-ın müraciətinin dəyərləndirilməsi üçün təxirə salındığını deyib. Məhkəmənin gün içində qərarını açıqlayacağı gözlənilir.

Qeyd edək ki, İngiltərəyə bağlı Cəbəllüttariq iyulun 4-də Suriyaya tətbiq edilən sanksiyaları pozduğuna görə İran tankerini saxlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR