"Krosa" Yaponiyanı vurdu - 16 yaralı

"Krosa" Yaponiyanı vurdu - 16 yaralı
15:12 15 Avqust 2019
53 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın qərbində tüğyan edən "Krosa" qasırğası 16 nəfərin xəsarət almasına səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 15 prefekturada sürüşmə və daşqınlar təhlükəsi ilə 7 minədək sakin təxliyə olunub.

Ümuumilikdə, 580 minə yaxın sakinin təxliyəsi gözlənilir. Qasırğa Sikoku və Küsü adalarında 280 mindən çox evi təhlükə altında qoyub.

Yaponiyanın qərbində 700-dək aviareys təxirə salınıb, dəmir yollarında hərəkət dayandırılıb.

Sinoptiklər 1200 millimetrədək yağıntının düşəcəyini planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR