Poqba gəlməsə, Zidan gedəcək

Poqba gəlməsə, Zidan gedəcək
15:17 15 Avqust 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti dəfə istefa verə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis rəhbərliyin transfer siyasətindən narazıdır. O, "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın alınmasını istəyir. Lakin klub prezidenti Florentino Peres bu keçidə qarşıdır. Bu səbəbdən baş məşqçi ilə prezident arasında münasibətlər soyuyub. Poqba "transfer pənrəcəsi"nin son gününə qədər alınmasa, Zidanın istefa verəcəyi iddia olunur.

Qeyd edək ki, ötən ilin yayında "Real"dan ayrılan Zidan bir müddət sonra yenidən komandaya qaytarılmışdı. 

Ötən gün isə Zidanla ulduzu barışmayan Beylin komandada qalmaq üçün Zidanın ayrılığını gözlədiyi barədə xəbər yayılmışdı.

Mili.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR