Mariya Stadnik Mübariz İbrahimova olan sevgisindən yazdı - FOTO

Mariya Stadnik Mübariz İbrahimova olan sevgisindən yazdı - FOTO
15:27 15 Avqust 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

Dünya və Avropa çempionu Mariya Stadnik Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan yazıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, qadın idmançımız Mübariz İbrahimovu cinayətkar adlandıranları da vicdansız adlandırıb: 

"Fotoda gördüyünüz şəxs Azərbaycanın igid oğlu Mübariz İbrahimovdur. Mübariz İbrahimov erməniləri ilə müharibə zamanı qəhrəmancasına həlak olub. İnternetdə araşdırma apardım. Təəssüf ki, "Mübariz İbrahimovu cinayətkar adlandıran vicdansız insanlar var".  Allah rəhmət eləsin!"

Onun bu paylaşımı tez zamanda çox sayda bəyəni alıb və ona bu paylaşımına görə təşəkkür ediblər. 

Qeyd edək ki, ukrayna əsilli güləşçimiz 2007-ci ildən millimizin şərəfini qoruyur. O Dünya və 7 dəfə Avropa Çempionu, 3 qat olimpiya mükafatçısıdır.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR