"Boka Xuniors" qapıçısını "Qarabağ"a satmağa hazırdır

"Boka Xuniors" "Qarabağ"ın maraqlandığı irəli sürülən qapıçısı Marko Diası satmaq niyyətindədir.

Metbuat.az bildirir ki, Argentina təmsilçiis 33 yaşlı qapıçının əvəzinə yeni qapıçı axtarmağa başlayıb.

Daha öncə Argentina mətbuatı "Boka Xuniors"un "Qarabağ"ın təklifindən imtina etdiyini qələmə almışdı. Xəbərdə ağdamlıların Diasla maraqlandığı vurğulanıb.

Qeyd edək ki, qapıçı bu ilin başında "Urakan"dan "Boka Xuniors"a keçib. Təcrübəli qolkiperin sözləşməsi 2020-ci ilin yayında bitir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR