İtaliya klubu Türkiyə millisinin futbolçusu ilə müqaviləni uzadıb

İtaliya klubu Türkiyə millisinin futbolçusu ilə müqaviləni uzadıb
15:32 15 Avqust 2019
33 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Roma" klubu əsas komandanın futbolçusu Cengiz Ünderlə müqavilənin müddətini uzadıb. 
"Report" klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. 
Qeyd edək ki, Ünder 2017-ci ilin iyul ayında "Başakşehir"dən "Roma"ya keçib. O, bütün turnirlər daxil olmaqla İtaliya təmsilçisinin heyətində 65 oyuna 14 qol vurub. Cihah hücumçusu 2016-cı ildən Türkiyənin əsas millisinin də formasını geyinir. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliya-klubu-turkiye-millisinin-futbolcusu-ile-muqavileni-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR