16 yaşlı oğlan atasını güllələdi - FOTO

16 yaşlı oğlan atasını güllələdi - FOTO
15:47 15 Avqust 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kırşehir vilayətinin Çiçekdağı qəsəbəsində iki ailə arasında baş verən silahlı qarşıdurma zamanı 1 nəfər ölüb, üçü yaralanıb.

Milli.Az AA-ya istinadən xəbər verir ki, Cüneyt D. (25) ilə Gökhan D. (18), Neşet K-nin (51) Fatih Məhəlləsindəki evinə gedib.

Burada baş verən dava zamanı Neşet K-nin oğlu A.K. (16) tapançadan atəş açıb.

A.K-nin silahından çıxan mərmilər Neşet K, böyük qardaşı Hakan K. (26), Cüneyt D. və Göhkan D.-nı yaralayıb.

Xəstəxanaya çatdırılan yaralılardan Neşet K.-nın həyatını xilas etmək mümkün olmayıb.

A.K, polislər tərəfindən saxlanılıb.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR