Rusiyadan Azərbaycana külli miqdarda elektron siqaret və avtomobillərin ehtiyat hissələrinin keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana külli miqdarda elektron siqaret və avtomobillərin ehtiyat hissələrinin keçirilməsinin qarşısı alınıb
15:52 15 Avqust 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
“Report” Komitəyə istinadən verdiyi məlumata görə, yoxlama zamanı həmin şəxsin üst geyiminin altında gömrük nəzarətindən gizlədilən 560 ədəd üzərində "Yellow label" və 800 ədəd üzərində "Purple wave" yazıları olan "Heets" markalı elektron siqaretlər aşkarlanıb.
Bundan başqa, "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 0303" markalı avtobusa gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin saxlanması üçün nəzərdə tutulan hissəsində gömrük orqanına əvvəlcədən bəyan edilməyən 30 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyadan-azerbaycana-kulli-miqdarda-elektron-siqaret-ve-avtomobillerin-ehtiyat-hisselerinin-kecirilmesinin-qarsisi-alin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR