“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb - FOTO + VİDEO

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.

Metbuat.az bildirir ki, yarışların nəticələrinə və hakimlərin qərarına əsasən 12 komandanın qatıldığı müsabiqədə toplanılan ballara uyğun olaraq Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Özbəkistan komandası üçüncü, Azərbaycan komandası isə dördüncü yerlərə layiq görülüblər.

“Artilleriya atəşinin ustaları” müsabiqəsinə təntənəli bağlanış mərasimi ilə yekun vurulub.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR