Azərbaycan millisi dünya çempionatı üçün təlim-məşq toplanışına başlayıb

Azərbaycan millisi dünya çempionatı üçün təlim-məşq toplanışına başlayıb
16:12 15 Avqust 2019
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan güləş yığmaları Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi ilə növbəti dəfə təlim-məşq toplanışına başlayıb. 
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, yunan-Roma və sərbəst güləş üzrə komandalar avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. 
Toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlar isə bu gündən Türkiyə toplanışına başlayıb. Komanda Türkiyə yığmasıyla birgə Sarıyer şəhərində hazırlıq keçir. 
Qeyd edək ki, sərbəst və qadın güləşçilərin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərinin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək. Sentyabrın 14-dən 22-dək keçiriləcək Qazaxıstandakı mundial olimpiadaya lisenziya xarakteri daşıyır.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-millisi-dunya-cempionati-ucun-telim-mesq-toplanisina-baslay

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR