Qurban bayramı ilə bağlı quraşdırılan çadır tipli kəsim məntəqələrinin sökülməsi başa çatdı

Qurban bayramı ilə bağlı quraşdırılan çadır tipli kəsim məntəqələrinin sökülməsi başa çatdı
16:27 15 Avqust 2019
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurban bayramı günlərində Azərbaycanda fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində işlər yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məntəqələrin fəaliyyət göstərdiyi ərazilərə xüsusi texnikalar cəlb edilib və həmin qurğular vasitəsilə aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazi dezinfeksiya olunaraq təmizlənib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən çadırların sökülərək ərazidən uzaqlaşdırılması və saxlanc ambarlarında yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, Qurban bayramı günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına verilmişdi.

Bu il avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/778432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR