İş axtaranlara ŞAD XƏBƏR: Elektron qaydada iş tapmaq mümkün olacaq - VİDEO - FOTO

İş axtaranlara ŞAD XƏBƏR: Elektron qaydada iş tapmaq mümkün olacaq - VİDEO - FOTO
16:32 15 Avqust 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

İşaxtaran və işsiz şəxslər elektron hökumət portalı vasitəsilə öz şəxsi kabinetlərini yarada biləcəklər. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, portalda qeydiyyatdan keçən hər bir şəxsə 5 iş günü ərzində peşəsinə, bacarığına uyğun iş yerləri təklif olunacaq.

Qeydiyyat prosesinə gəlincə...

Əsmər Nəcməddinqızı - Dövlət məşğulluq xidmətinin mətbuat xidmətinin rəhbəri: "Müraciət ərizə bölməsinə daxil olaraq, özünə ərizə formalaşdırır. "Məşğulluq alt" sistemində vətəndaşın artıq bütün məlumatları olur, digər elektron resuslardan da vətəndaşın məlumatı daxil olur. Vətəndaş digər hissələri özü doldurmaqla müraciəti tamamlayır. Məşğulluq alt sistemi vətəndaşın müraciətini qəbul etdikdən sonra onun qeyd etdiyi nömrəyə iş axtaran kimi qeydiyyata düşməsi barədə məlumat gəlir".

Qeydiyyatdan dərhal sonra vətəndaşın bacarığına uyğun iş təklif olunur. Bu iş şəxsin istəyinə uyğun gəlmirsə, o, portalda işsiz olaraq qeydə alınır. Nəticədə vətəndaş aktiv məşğulluq xidmətlərindən yararlanaraq, bir sıra kurslarda, əmək yarmarkalarında, karyera sərgilərində iştirak etmək hüququ qazanır. Bundan başqa həmin şəxs işsizlikdən sığorta ödənişi ala bilir.

Əsmər Nəcməddinqızı - Dövlət məşğulluq xidmətinin mətbuat xidmətinin rəhbəri: "Bu artıq qanunla tənzimlənir. Vətəndaş əgər işdən azad olunubsa və ya ştat ləğv olunubsa, üç ildən az olmayaraq stajı varsa, işsiz kimi qeydiyyata düşmək hüququ varsa, o, işsizlikdən sığorta ödənişini əldə edə biləcək".

Vüqar Bayramov - İqtisadşı ekspert: "İşaxtaranlar öz istəklərinə uyğun iş tapa biləcəklər, həmçinin işsizlərin sayını müəyyənləşdirmək asanlaşacaq. Vətəndaş sığortadan istifadə etmək imkanı qazanır nəticədə iş tapana qədər sosial ödənişdən istifadə edə bilir".

Nəzərə almaq lazımdır ki, elektron baza işəgötürənlər üçün də açıqdır və bu da işini itirmiş vətəndaşın daha qısa zamanda işlə təmin edilməsinə imkan verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/778444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR