“Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final hazırlıqlarını başa vurublar - FOTO + VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində finala vəsiqə qazanan tankçılarımız son hazırlıqlarını başa vurublar.

Metbuat.az bildirir ki, tank heyətləri və texniki dəstək qrupu tərəfindən final estafetində istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib.

Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan tankçıları avqustun 17-də keçiriləcək final estafetində birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR