Kök müğənni “Calvin Klein”in siması oldu - FOTO

Kök müğənni “Calvin Klein”in siması oldu - FOTO
16:57 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Amerikalı müğənni Bet Ditto "Calvin Klein" brendinin reklam kampaniyasının siması oldu.

Milli.Az aznews.az-a istinadən bildirir ki, 38 yaşlı Ditto markanın payız-qış kolleksiyasındakı "Seksuallıq nə deməkdir?" şüarı altında çıxan alt paltarı xəttini təqdim edib.

Şəbəkədə peyda olan şəkillərdən birində müğənni qara krujevalı büstqalterdə divanda uzanaraq, digərində isə ağ - qara büstqalterdə əlləri ilə başını tutaraq poz verib.

Fotoların müəllifi tanınmış feşn-fotoqraf Deniel Cekson olub.

Avqustun əvvəllərində məlum olmuşdu ki, "Calvin Klein"in yeni kampaniyasında fələstin əsilli Amerika supermodeli Bella Hadid və Britaniya supermodeli Naomi Kempbell də iştirak edib. Kanadalı operator Bardi Zeynalinin çəkdiyi videoda modellər müxtəlif dekorasiyalar fonunda növbə ilə müxtəlif alt paltarı nümayiş etdirirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR