Sən sonuncu adam idin, getməməliydin... - VİDEO

Sən sonuncu adam idin, getməməliydin... - VİDEO
17:28 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Bu gün mərhum yazıçı Mövlud Mövludun doğum günüdür.

Kult.az xatırladır ki, Mövlud Abdullayev 1989-cü ilin 15 avqustunda Qazax rayonunda anadan olub. O, Bakı Slavyan Universitetinin pedaqoji fakültəsini bitirib.

M.Mövlud yeniyetməlikdən ədəbi mühitin içində olub. “Azadlıq”, ”525-ci qəzet”, “Aydın yol”, “Teleqraf” kimi qəzetlərdə yazılarla çıxış edib. Bir neçə dəfə müsabiqələrdə yer tutub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olsa da, 2015-ci ildə ordan istefa verib.

Ömrünün sonlarına yaxın Teleqraf.com saytında redaktor kimi fəaliyyət göstərib.

Mövlud Mövlud jurnalist Sevinc Fədai ilə evli idi. Onların 2015-ci il təvəllüdlü oğlan övladı var.

Yazıçı 2017-ci il martın 16-da, 27 yaşında faciəli şəkildə vəfat edib.

Ölümündən sonra ”Çətirsiz” adlı hekayələr kitabı çap olunub.

Şair Elçin Aslangilin ideyası əsasında Mövlud Mövludun xatirəsinə həsr olunmuş “Çərpələngim şahiddir” adlı 4 dəqiqəlik qısametrajlı film çəkilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/287556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR