Xaçmazda 8 yaşlı uşağı avtomobil vurub

Xaçmazda 8 yaşlı uşağı avtomobil vurub
18:02 15 Avqust 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonunda 8 yaşlı uşağı avtomobil vurub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini, 2011-ci il təvəllüdlü Hüseyn Tehran oğlu Eyvazovu Quba şəhəri H.Əliyev prospektində avtomobil vurub. 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan H.Eyvazovu avtomobilin sürücüsü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib. Yaralıya, sağ baldır nahiyəsinin geniş həcmli əzilmiş-cırılmış yarası, sifətin sağ nahiyəsinin əzilmiş-sıyrılmış yaraları diaqnozu qoyulub, travmatologiya şöbəsində stasionar müalicəyə cəlb edilib. 
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xacmazda-8-yasli-usagi-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR