Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
18:05 15 Avqust 2019
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 24 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/778457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR