Nikol Paşinyanın iki müşaviri istefaya göndərildi

Nikol Paşinyanın iki müşaviri istefaya göndərildi
18:38 15 Avqust 2019
22 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan baş naziri Nikol Paşinyan baş müşavirləri Arsen Qasparianı dərhal, Aram Qəribyanı isə sentyabrın 2-dən istefaya göndərib.

Hökumətin rəsmi saytında yerləşdirilən məlumatda belə bir addımın səbəbləri açıqlanmır.

Qeyd edək ki, uzun müddət ərzində Xarici İşlər Nazirliyində Yaxın Şərqlə bağlı çalışmış A.Qasparyan 1992-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Ermənistan nümayəndə heyətinin üzvü olub. Əvvəlki komandada uzun müddət təmsil olunmuş A.Qəribyan isə 2008-2011-ci illərdə baş nazir Tiqran Sarqsyanın, sonra isə “məxməri inqilab”adək Serj Sarqsyanın baş müşaviri işləyib.

Bununla yanaşı, baş nazirin köməkçisi Mher Sahakian da vəzifəsindən uzaqlaşdırılıb.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/287564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR