“Game of Thrones” aktrisasının körpəsi əlindən alınıb

“Game of Thrones” aktrisasının körpəsi əlindən alınıb
18:42 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

"Game of Thrones"da Marei rolunu canlandıran aktrisa Josephine Gillan 8 aylıq qızının əlindən alındığını iddia edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, doğuşdan sonra depressiyaya düşdüyünü, bu səbəbdən müalicə götürdüyünü bildirib.

Gillan körpəsini yaxın dostuna həvalə etdiyini qeyd edib. Aktrisa bildirib ki, gecəyarısı sosial xidmətlər mərkəzinin rəsmi nümayəndələri gələrək uşağı aparıb və hazırda ona heç bir məlumat verilmir:

"Polislə birlikdə uşağımı oğurlayıb başqa bir ailəyə veriblər. Qızımı görməyə, onunla əlaqə saxlamağa icazəm yoxdur. Harada olduğunu belə bilmirəm. Nə mən, nə də uşağıma baxan dostum səhv bir şey etməmişik".

Aktrisanın hazırda yaşadığı ölkə-İsrailin Sosial İşlər və Xidmətlər Nazirliyi mövzu barədə açıqlama yayaraq araşdırma apardıqlarını söyləyib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/seriallar/778483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR