Afrika qəbiləsinin qeyri-adi ayini... Mələyi oyadırlar

Afrika qəbiləsinin qeyri-adi ayini... Mələyi oyadırlar
19:03 15 Avqust 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu günədək Afrika qəbilələrinin ən vəhşi, qəribə ayinləri haqda az oxuyub eşitməmişik. Bu dəfə isə bütün sivil cəmiyyətlərə örnək olacaq bir adətdən danışacağıq.

Publika.az xəbər verir ki, Afrikada yaşayan qədim bir qəbilənin çox gözəl ayini var. Belə ki, yanlış addım atan, cinayət törədən qəbilə üzvü qəsəbənin mərkəzinə gətirilir. Kütlə tərəfindən əhatəyə alınır. İki gün ərzində hər kəs cani haqda ən xoş xatirələrini bölüşür. Etdiyi yaxşılıqlara görə təşəkkür edirlər.

Onlar düşünürlər ki, insan dünyaya günahsız gəlir. Hər kəs xoşbəxtlik, sevgi və təhlükəsiz dünya arzulayır. Lakin bəzən bu dəyərləri axtararkən özünü itirib səhvlər edir. Həmin şəxsin yanlışları isə çarəsizlik, yardım siqnalıdır. Bu üsulla ruhu çökmüş günahkarın suçları təmizləyib, içindəki mələyi oyatmağa çalışırlar.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqliinanc/287553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR