Əhalinin siyahıya alınması ilə bağlı müşavirə

“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanının və “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarının icrası ilə əlaqədar olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az -a verilən məlumata görə, bununla əlaqədar avqustun 15-də Penitensiar Xidmətin Baş idarəsinin və penitensiar müəssisələrin məsul əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib.

Bu il oktyabrın 1-10-da keçirilməsi nəzərdə tutulan siyahıyaalınmada azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin iştirakının təmin edilməsi məqsədi ilə hazırlıq işləri görülüb, məsul əməkdaşlar təyin edilib, onlar treninq və tədbirlərdə iştirak edib və müvafiq təlimatlar verilib.

Müşavirədə iştirak edən Dövlət Statistika Komitəsinin məsul əməkdaşları siyahıyaalınma prosesi və müəssisələrə paylanmış sorğu vərəqələrinin doldurulma qaydası barədə danışıb, müşavirə iştirakçılarının suallarını cavablandırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR