"Linfild"i "Qarabağ"la çətin sınaq gözləyir"

"Linfild"i "Qarabağ"la çətin sınaq gözləyir"
19:37 15 Avqust 2019
74 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil Avropa Liqasının pley-off mərhələsində rəqib olan "Linfild" - "Qarabağ" cütün barədə danışıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis "Linfild"in çətin sınaq qarşısında olduğunu bildirib:

"Linfild"in yaxşı işlər görür, fantastik oyun göstərirlər. Onların uğuru Şimali İrlandiya çempionatı üçün də müsbətdir. Digər klublar da bundan ruhlana bilər. "Linfild"i "Qarabağ"la çətin sınaq gözləyir. Ancaq Devid Hilinin komandanı "Qarabağ"a qarşı yüksək motivasiya ilə hazırlayacağına əminəm".

Şimali İrlandiyada keçiriləcək oyun avqustun 22-də baş tutacaq. Cütün cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR