Şagirdlərin elektron yerdəyişməsi sistemi istifadəyə verilib

Şagirdlərin elektron yerdəyişməsi sistemi istifadəyə verilib
19:42 15 Avqust 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Avqustun 15-də saat 15:00-dan etibarən şagird yerdəyişməsi sistemi istifadəyə verilib.

Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/778505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR