Kremldən Ankaraya: Suriya ilə razılaşdırın..

Kremldən Ankaraya: Suriya ilə razılaşdırın..
19:57 15 Avqust 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ərazisində nə baş verirsə, rəsmi Dəməşqlə razılaşdırılmalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova deyib.

"Anti-terror əməliyyatı Dəməşqlə razılaşdırılmalıdır. Bu, birinci və mübahisəsiz şərtdir, çünki söhbət suveren dövlətdən gedir", - Zaxarova bildirib.

Onun sözlərinə görə, bu, Rusiyanın Türkiyənin apardığı əməliyyatlarla bağlı dəyişilməz və prinsipial mövqeyidir:

"Sözsüz ki, biz türkiyəli partnyorlarımızla əlaqədəyik. Bəzi məsələlər həll olunub, bəziləri də həll olunmaq ərəfəsindədir".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR