Cəbəllütariq İran tankerini azad etdi

Cəbəllütariq İran tankerini azad etdi
20:03 15 Avqust 2019
22 Digər
Ölkə mətbuatı
A- A+

Cəbəllütariq hökuməti Avropa İttifaqının sanksiyaları haqqında qanuna uyğun olaraq “Grace1” İran tankerinin azad olunması haqqında qərar qəbul edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Cəbəllütariq hakimiyyətinin bəyanatında deyilir.

Daha əvvəl Cəbəllütariqin əsas naziri Fabian Pikardoya yaxın mənbələrə istinadən “Sun” qəzeti tankerin cümə axşamı azad ediləcəyini bildirib. Bəyanatda qeyd edilir ki, Cəbəllütariq hakimiyyəti tankerin azad edilməsi halında onun sonrakı istifadəsinin Avropa İttifaqının sanksiyaları altına düşməyəcəyi barədə İrandan yazılı təminat alıb.

Qeyd edək ki, Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hakimiyyəti Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları pozmaqda ittiham edərək iyulun 4-də “Grace 1” tankerini saxlayıb. İşin araşdırılması çərçivəsində tankerin kapitanı, onun baş köməkçisi və ekipajın iki üzvü saxlanılıb. Yerli KİV-in məlumatına görə, avqustun 15-də onlar azad edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/287569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR