Düz deyirlər ki, axşam (gecə) vaxtı dırnaq kəsmək olmaz?

Düz deyirlər ki, axşam (gecə) vaxtı dırnaq kəsmək olmaz?
20:22 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Düz deyirlər ki, axşam (gecə) vaxtı dırnaq kəsmək olmaz? Dırnaqları hansı ardıcıllıqla kəsmək lazımdır?

Axşam vaxtı dırnaqları kəsmək barədə dini mənbələrdə hər hansı qadağa yoxdur. Yəqin ki, gecə dırnaq kəsməmək barədə xalq içində mövcud olan inancın səbəbi budur ki, gecə işıqlanma zəif olduğu üçün dırnağı zədələmək ehtimalı daha böyükdür.

Milli.Az islam.az-a istinadən bildirir ki, dırnaqları həftənin hər hansı günündə kəsmək olar, amma cümə və ya cümə axşamı günü etmək müstəhəbdir. Peyğəmbər buyurub ki, hər kim cümə günü dırnaqlarını kəssə, Allah xəstəlikləri onun dırnaqlarının ucundan xaric edər, yerinə şəfanı daxil edər. İmam Sadiq (ə) buyurub: "Hər kim cümə axşamı günündə bütün dırnaqlarını kəsib, birini cümə gününə saxlasa, Allah kasıblığı ondan uzaqlaşdırar".

Dırnaqları kəsməyin ardıcıllığı barədə Şeyx Səduq rəvayət edir ki, sol əlin çeçələ barmağından başlayıb sağ əlin çeçələ barmağında qurtarmaq müstəhəbdir. Bu zaman "Bismillahi və billahi və əla milləti rəsulillah" duasını oxumaq tövsiyə edilir (Allahın adı ilə, Allahın yardımı ilə və Allah Rəsulunun ümmətindən olmaqla bu işi edirəm).

Kəsilmiş dırnaqları torpağa basdırmaq da hədislərdə tövsiyə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR