Pininfarina yaxın üç ildə iki elektrokar buraxacaq - FOTO

Pininfarina yaxın üç ildə iki elektrokar buraxacaq - FOTO
20:32 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Automobili Pininfarina şirkəti yaxın bir neçə il üçün özünün istehsal planlarını açıqlayıb. Şirkət bu müddət ərzində iki elektromobili buraxmaq niyyətindədir. Avtomobillərdən biri sedan, digəri isə, krossover olacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bu barədə məlumatla, Automotive News Europe saytına müsahibə verən Automobili Pininfarina şirkətinin baş direktoru Maykl Perşke bölüşüb. Onun sözlərinə görə, növbəti üç il ərzində Pininfarina sıfır tullantısı olan iki avtomobilin istehsalına başlayacaqdır. İlk avtomobilin sedan və ya krossover olacağına isə alıcılar qərar verəcəkdirlər.

Elektromobillərin 100-125 kilovat-saatlıq batareya ilə təchiz ediləcəyi və 600 km yürüş məsafəsinə malik olacağı söylənilir. Elektrokarların təxmini qiyməti 200-400 min avro arasında olacaqdır. Çox güman ki, bu layihəni həyata keçirmək üçün Automobili Pininfarina, ona elektrokarlar üçün platformanbı hazırlamaqda yardım göstərəcək başqa iri avtomobil istehsalçısı ilə tərəfdaşlıq edəcəkdir.  

Hazırda Pininfarina qarşısında duran əsas məsələ Battista hiperkarının istehsalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR