Keçmiş məhkum Zaqatala sakinini döyərək öldürüb

Keçmiş məhkum Zaqatala sakinini döyərək öldürüb
20:37 15 Avqust 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov saxlanılaraq istintaqa təhvil verilib

Milli.Az Trend-ə istinadən bildirir ki, avqustun 15-də Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi aralarında baş vermiş münaqişə zəminində döyərək qətlə yetirmiş şəxsin Qandax kənd sakini, əvvəllər məhkum olunmuş K.Kərimov olması müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/778517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR